Toyvo Klaar Paşinyanla görüşdübackend

Toyvo Klaar Paşinyanla görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, tərəflər görüş zamanı regional əhəmiyyətli məsələləri və dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitini müzakirə ediblər.

Toyvo Klaar Nikol Paşinyana Avropa İttifaqının başçısı Şarl Mişelin salamlarını çatdırıb və Aİ-nin Ermənistanla əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Baş nazir Paşinyan Ermənistan-Avropa İttifaqı əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin inkişafı kontekstində Şərq Tərəfdaşlığı Sammitinin əhəmiyyətini qeyd edib.