Tozlu hava ciddi xəstəliklərə SƏBƏB OLUR – XƏBƏRDARLIQ!backend

Tozlu hava ciddi xəstəliklərə SƏBƏB OLUR – XƏBƏRDARLIQ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə aparılan araşdırmalar göstərib ki, havanın çirklənməsi insan sağlamlığına ziyan vurur və müəyyən xəstəliklərə səbəb olur. Çirkli hava xərçəngdən tutmuş ürək xəstəliklərinə qədər bir çox sağlamlıq problemlərinə səbəb ola bilər.

 

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ alimləri araşdırma aparıblar. Bununla belə, havadakı kiçik hissəciklərin neyrodegenerativ xəstəliklərin yaranma riskini artırdığını ortaya çıxarıb.

 

Neyrodegenerativ xəstəliklər sinir hüceyrələrinin mütərəqqi degenerasiyası və ya ölümü ilə nəticələnən xəstəliklərdir. Bu hissəciklər o qədər kiçikdirlər ki, insan bədəninin dərinliklərinə keçə bilirlər. Həmçinin bu kiçik hissəciklər beynimizdə zülalların yığılmasını sürətləndirərək Alzheimer xəstəliyinə də səbəb ola bilər və beyin iltihabını artıra bilər.