Türkiyənin Sakarya vilayətiin Serdivan rayonunda traktorun qoşqusunun aşması nəticəsində 13 nəfər yüngül xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, qəza traktorun bağdan çıxaraq çuxura girməsi nəticəsində baş verib.
Qəzada 13 nəfər yüngül yaralanarkən, vəziyyətin bildirilməsi üzərinə sağlamlıq və jandarma qrupları bölgəyə göndərilib.
Hadisə yerində edilən ilk müdaxilədən sonra yaralılar xəstəxanaya çatdırılıb.
Qəza ilə bağlı araşdırma başlayıb.
NOCOMMENT.AZ