İran Superkubokunun qalibi bəlli olub.
NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, final matçında çempion “Traktor”la kubokun qalibi “İstiqlal” qarşılaşıb.
Görüş Təbriz klubunun qələbəsi ilə başa çatıb. “Traktor” 87-ci və 90+2-ci dəqiqələrdə fərqlərək 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 2024/2025 mövsümündə ilk dəfə İran çempionu olan “Traktor” tarixində ilk Superkuboka yiyələnib.