ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə ticarət sazişinin 90 gün ərzində bağlanacağını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Ağ Evdə İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşdə bildirib.
“Ticarət razılaşması 100% olacaq. Onlar [Aİ ölkələri] bunu çox istəyirlər. Biz razılaşacağıq. “Bu, ədalətli razılaşma olacaq”, – Tramp vurğulayıb.
Amerika lideri həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar sürətdən çox keyfiyyətə diqqət yetirərək digər ölkələrlə ticarət sazişləri imzalamağa “tələsmir”.