ABŞ-dan qeyri-qanuni mühacirlərin deportasiyası uğurla gedir.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Biz dəhşətli, qatı cinayətkarlardan xilas oluruq. Bunlar ən pis insanlardır. Biz əvvəlcə onlardan qurtulacağıq”, – deyə Ağ Evin rəhbəri bildirib.
Tramp andiçmə mərasimindən sonra ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-a girişini dayandıracağını və milyonlarla miqrantı deportasiya edəcəyini vəd edib. O, həmçinin Meksika ilə sərhəddə yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyini və ora qoşun göndərəcəyini bildirib.