ABŞ dövlət borcunu kriptovalyuta hesabına ödəyə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Fox Business telekanalına müsahibəsində səsləndirib.
“Kim bilir, bəlkə də biz 35 trilyon dollarlıq borcumuzu bağlayarıq, onlara kiçik bir ‘kripto-çek’ verərik, hə? Bir az bitkoin təqdim edərik və 35 trilyon dollarımız silinər. Bu, valyutanın başqa bir formasıdır və nəticədə ölkəyə fayda gətirəcək”, – deyə o bildirib.