ABŞ prezidenti Donald Tramp ölkənin BMT İnsan Haqları Şurasından (UNHRC) çıxması ilə bağlı fərman imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Sənədə əsasən, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) tərkibindən də çıxıb.
Qeyd edək ki, yanvarın 30-da Tramp Fələstinə dəstək verən əcnəbilərin ABŞ-dan deportasiyası haqqında sərəncam imzalayıb.