Tramp ABŞ-ın seçkilərinə və seçki sisteminə zərbə vurulduğunu bildiribbackend

Tramp ABŞ-ın seçkilərinə və seçki sisteminə zərbə vurulduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp bildirib ki, ölkənin prezident seçkilərinə və Birləşmiş Ştatların seçki sisteminin bütövlüyünə zərər vurulub.

NOCOMMENT xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar rəhbəri özünün sosial şəbəkədəki hesabında bildirib.

“Bizim vəkillərimiz “real giriş”i tələb etdilər, amma bunun nə faydası? Artıq bizim sistemimizin bütövlüyünə və prezident seçkilərinə zərər vurulub. Müzakirə edilməli bunlardır!”, – deyə Tramp tvitterdəki hesabında yazıb.

Qeyd edək ki, çərşənbə axşamı ABŞ-da prezident seçkiləri keçirilib. Bir sıra ştatlarda səsvermənin nəticələri hələlik naməlumdur. Tramp çərşənbə gününə keçən gecə qələbə qazandığını bildirib və demokratları “seçkiləri oğurlamaq” cəhdində ittiham edib.

Hazırkı prezidentin seçki qərargahı səslərin təkrar sayılmasını tələb etmək və məhkəməyə müraciət etmək niyyətindədir.