Tramp ABŞ-ın xaricdəki qoşunlarının sayını azaldacağını təsdiqlədibackend

Tramp ABŞ-ın xaricdəki qoşunlarının sayını azaldacağını təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ çox tezliklə Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 4 min nəfərə qədər azaldacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

O, qeyd edib ki, Birləşmiş Ştatlar İraqdakı qoşunlarının şəxsi heyətinin sayını 2 min nəfərə qədər azaldacaq. Ağ Ev rəhbəri hərbçilərin əsas hissəsinin artıq Suriyadan getdiyini deyib.

“Əfqanıstanda böyük irəliləyişə nail olunub, biz (bu ölkədəki kontingentimizi-red) çox qısa müddətdə 4 min hərbi qulluqçuya qədər azaldacağıq. Necə ki, İraqda (öz kontingentimizi-red) qısa müddətdə 2 min hərbi qulluqçuya qədər azaldacağıq.

Suriyanın çox hissəsində yoxuq, istisna – bizim hərbi qulluqçularımız neft yataqlarını qoruyurlar. Onların orada sayı çox deyil, mən düşünürəm ki, say azdır”, – deyə o qeyd edib.