ABŞ narkokartellərlə mübarizə məqsədilə Karib hövzəsində hərbi əməliyyatları davam etdirmək niyyətindədir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Mayk Consona və Senatın müvəqqəti sədri Çak Qrassliyə ünvanladığı məktubda bildirib.
“Hazırda hərbi əməliyyatların miqyasını və müddətini proqnozlaşdırmaq mümkün deyil. ABŞ Silahlı Qüvvələri növbəti əməliyyatların keçirilməsi üçün tam hazırlıq vəziyyətində qalır”, – Tramp məktubda qeyd edib.