ABŞ prezidenti Donald Tramp Rusiya ilə əlaqəsi olan hər hansı gəmilərin ABŞ limanlarına daxil olmasını qadağan edən sərəncamın müddətini daha bir il uzadıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus bəyan etmişdi ki, Amerikanın Rusiyaya qarşı sanksiyalarının yumşaldılması Ukraynada atəşkəslə bağlı olacaq.
Bir gün əvvəl Donald Tramp sələfi Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketini bir il müddətinə uzadacaq sərəncam imzalayıb. Söhbət 14024 saylı fərmandan gedir. Sənəd 2021-ci il aprelin 15-də qəbul edilib.