Tramp ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırdığını təsdiqləyibbackend

Tramp ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırdığını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ hazırda Ukraynaya müdafiə yardımı göstərmir”. 

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

Amerika lideri Vaşinqtonun Kiyevə müdafiə yardımı edib-etməməsi ilə bağlı suala cavabında “Hazırda biz heç nə vermirik”, – deyib.

Eyni zamanda, o, ABŞ və Rusiya Federasiyasının münaqişənin həlli ilə bağlı razılığa gəldiyi ana qədər Ukraynanın hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər silaha malik olacağını istisna etməyib.

Tramp həmçinin bildirib ki, gələcəkdə Kiyevə hərbi yardımın göstərilməsində Avropa məsuliyyət daşıyacaq.\\Unikal