Tramp ABŞ-nin ÜST-dən çıxması məsələsinə yenidən baxacağını istisna etməyibbackend

Tramp ABŞ-nin ÜST-dən çıxması məsələsinə yenidən baxacağını istisna etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması qərarının nəzərdən keçiriləcəyini istisna etməyib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Tramp bunu Las-Veqasda çıxışı zamanı deyib.

“Mən ÜST-dən ayrıldım, burada biz ildə 500 milyon dollar, Çin isə 39 milyon dollar ödəyirdi”, – dövlət başçısı vurğulayıb.

Trampın sözlərinə görə, təşkilat rəhbərliyi ona illik ödənişləri 39 milyon dollara endiriləcəyi təqdirdə geri qayıtmağı təklif edib, lakin o, bundan imtina edib.