ABŞ Respublikaçılar Partiyasının namizədi Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə amerikalıları xaricə döyüşməyə göndərməyəcəyinə söz verib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Pensilvaniyada keçirilən mitinqdə bildirib.
“Mən sizi sonu olmayan axmaq xarici müharibələrdə vuruşmağa və ölməyə göndərməyəcəyəm”, – TASS ondan sitat gətirir.
Trampın sözlərinə görə, o, prezident olanda “ABŞ müharibə aparmayıb”.
Bundan əlavə, o, demokratların namizədi Kamala Harrisin qələbəsinin üçüncü dünya müharibəsinə səbəb olacağını bildirib.