Tramp: ABŞ Polşadakı hərbi kontingentini artırmağa hazırdırbackend

Tramp: ABŞ Polşadakı hərbi kontingentini artırmağa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton administrasiyası Polşa istədiyi halda bu ölkədəki Amerika hərbi kontingentini artırmağa hazır olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

ABŞ liderinin sözlərinə görə, Amerika hərbçiləri Polşada fəaliyyətlərini davam etdirəcəklər.

“Əgər lazım olsa, biz daha çox [hərbi qulluqçu] göndərəcəyik, əgər onlar [Polşa hakimiyyəti] bunu istəsələr. Onlar uzun müddətdir ABŞ-ın daha çox [hərbi] mövcudluğunu istəyirlər”, – deyə Tramp Ağ Evdə Polşa prezidenti Karol Navrotski ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.