Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra ilk olaraq nə edəcəyini bildiribbackend

Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra ilk olaraq nə edəcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın keçmiş lideri Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəldikdən sonra ABŞ-ın cənub sərhədini bağlayacağını və Meksikadan gələn miqrant axınını dayandıracağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq cənub sərhədini bağlayacağam”, – deyə o vurğulayıb.

Siyasətçi həmçinin ABŞ prezidenti Co Baydenin “müttəfiqləri” adlandırdığı qeyri-qanuni mühacirləri “evlərinə – aid olduqları yerə” göndərəcəyini vəd edib.

Respublikaçıya görə, Ağ evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar “Amerika tarixində ən böyük deportasiya əməliyyatına” başlayacaq.