Tramp: ABŞ Rusiya-Ukrayna danışıqlarından çox yaxşı nəticələr gözləyirbackend

Tramp: ABŞ Rusiya-Ukrayna danışıqlarından çox yaxşı nəticələr gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan və münaqişənin həllinə yönəlmiş potensial danışıqların “olduqca yaxşı” nəticələr verəcəyinə ümid etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Amerika lideri həmçinin bildirib ki, o, Ukraynadakı münaqişənin həlli səylərində yorulmadan iştirak edir.

Bundan əvvəl Tramp ABŞ dövlət katibi Marko Rubionun və digər amerikalı nümayəndələrin Ukrayna üzrə mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcəyini açıqlamışdı.