Tramp ABŞ tarixində ən böyük deportasiyanı edəcəyini bildiribbackend

Tramp ABŞ tarixində ən böyük deportasiyanı edəcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin keçmiş rəhbəri Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ tarixində ən böyük miqrant deportasiyasına başlayacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu, ölkəmizin tarixində ən böyük deportasiya olacaq. Bizim isə başqa seçimimiz yoxdur”, – ABŞ-ın keçmiş prezidenti Vaşinqtonda keçirilən illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) deyib.

O, medianın problemə bu cür yanaşmasına görə onu “qəddar” adlandıracağını proqnozlaşdırıb. Tramp miqrantların ABŞ-ı məhv etdiyini vurğulayıb.

Onun sözlərinə görə, miqrantlar ABŞ-da heç kimin eşitmədiyi dillərdə danışırlar.