ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət aparatının miqyasını azaltmaq siyasəti çərçivəsində Təhsil Departamentini ləğv etməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Wall Street Journal öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırda rəhbərlik Təhsil Nazirliyinin tamamilə ləğvini və ya bəzi funksiyalarının başqa şöbələrə verilməsini nəzərdə tutan fərmanı nəzərdən keçirir. Bundan başqa, sənəd nazirliyin ləğvi ilə bağlı qanun layihəsinin hazırlanmasını nəzərdə tutur.
Hazırda prezidentin müşavirləri fərmanın təfərrüatlarını və imzalanma vaxtını müzakirə edirlər.