Tramp: ABŞ Ukraynaya 350 milyard dollar xərcləyib, amma əvəzində heç nə almayacaqbackend

Tramp: ABŞ Ukraynaya 350 milyard dollar xərcləyib, amma əvəzində heç nə almayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya 350 milyard dollar xərcləyib, amma bunun müqabilində heç nə almayıb və almayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp Truthsocial sosial şəbəkəsində bildirib.

“Komediya ustası Zelenski ABŞ-ı qalib gələ bilməyəcək müharibəyə 350 milyard dollar xərcləməyə inandırdı”, – Amerika prezidenti qeyd edib.

Tramp həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini öz varlanması üçün Rusiya ilə hərbi münaqişəni davam etdirmək istəməkdə ittiham edib.