ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən əməliyyatla bağlı mətbuat konfransında açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, Tramp bildirib ki, ABŞ Venesuelada yeni hakimiyyətin təhlükəsiz şəkildə formalaşmasına qədər qalacaq. Onun sözlərinə görə, əməliyyat “Gecə Çəkici” adı ilə həyata keçirilib; Nikolas Maduro qaranlıqda ələ keçirilib, Karakasda işıqlar söndürülüb və əməliyyat ideal şəkildə tamamlanıb. ABŞ-ın hərbi qüvvələri Trampın göstərişi ilə Karakasda fövqəladə hərbi əməliyyat apararaq ədaləti bərpa edib.
Tramp əməliyyatı Qasım Süleymaninin öldürülməsi əməliyyatı ilə müqayisə edib və bunu ABŞ tarixində ən təsirli əməliyyatlardan biri adlandırıb.
Maduro və həyat yoldaşı ABŞ məhkəməsi qarşısında məsuliyyətə cəlb ediləcəklər; onları ABŞ vətəndaşlarına qarşı “narkoterrorizm”də ittiham edib və bildirib ki, ABŞ-a daxil olan narkotiklərin 97%-i artıq kəsilib.
ABŞ Venesuelada “yeni hakimiyyətin düzgün keçidini” təmin edənə qədər qalacaq.













