ABŞ prezidenti Donald Trampın administrasiyası Avropadakı rəsmilər və AB ölkələrinə qarşı rəqəmsal xidmətlər qanunu ilə bağlı sanksiyaları nəzərdən keçirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
“Tramp administrasiyası rəqəmsal xidmətlər qanununun tətbiqinə cavabdeh olan AB rəsmilərinə və ya üzv ölkələrə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir”, – məlumatda qeyd olunub.
Agentlik bildirir ki, əgər belə bir addım atılsa, bu misilsiz bir tədbir olacaq. Mənbələrin məlumatına görə, ABŞ-ın hazırda düşündüyü sanksiyalar vizaya məhdudiyyətlər şəklində ola bilər. Son qərar ABŞ Dövlət Departamentinə aiddir.