Tramp administrasiyası: Atəşkəs olmazsa, yeni sanksiyalar gündəmdəbackend

Tramp administrasiyası: Atəşkəs olmazsa, yeni sanksiyalar gündəmdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın administrasiyası, əgər Rusiya cümə gününə qədər Ukraynada atəşkəsə razılaşmasa, Rusiya “kölgə donanması”na qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, gəmilərin “qara siyahıya” salınması, Trampın Ağ Evə qayıdışından sonra Vaşinqtonun Moskva ilə bağlı tətbiq etdiyi ilk sanksiya ola bilər.

Müzakirələrdən xəbərdar olan iki mənbənin bildirdiyinə görə, “kölgə donanması”na qarşı tədbirlər Rusiyaya əlavə iqtisadi təzyiq yaratmaq üçün “sadə ilk addım” kimi qiymətləndirilir. Ağ Evə yaxın üçüncü mənbə isə bildirib ki, hazırda gəmilərə qarşı sanksiyalar da daxil olmaqla bir sıra variantlar müzakirə olunur.