ABŞ prezidenti Donald Tramp Alyaskadakı sammitə ilk gələcək və uçuş-enmə zolağında Rusiya prezidenti Vladimir Putini şəxsən qarşılayacaq.
NOCOMMENT.az bildirir ki, Ştat qubernatoru Mayk Danlivi Fox News-a müsahibəsində görüş protokolunun bu cür təfərrüatlarını açıqlayıb.
“Prezident bazaya gələcək, sonra Rusiya prezidenti yerə enəcək və prezident [Tramp] uçuş zolağında Rusiya prezidentini Alyaskada qarşılamağa hazır olacaq”, – Danlivi deyib.
O, hər şeyin “çox tez” olacağına inanır.
Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasından Alyaskanın Ankoric şəhərinə uçub. Amerika liderinin mətbuat xidmətinin açıqladığı cədvələ əsasən, Ankoricdə ikitərəfli tədbirlər yerli vaxtla saat 11:00-da (Moskva vaxtı ilə 22:00) başlayacaq.
Rusiya və ABŞ prezidenti Vladimir Putin və Donald Tramp arasında üzbəüz danışıqlar Ankoricdə baş tutacaq və avqustun 15-də axşam başlayacaq. Onlar ABŞ Hərbi Hava Qüvvələri və Ordusunun Elmendorf-Riçardson müştərək bazası ərazisində baş tutacaq.