ABŞ prezidenti Donald Tramp çərşənbə günü Ağ Evin Oval Ofisindən açıqlama verəcək; dövlət başçısının planlaşdırılan açıqlamasının mövzusu açıqlanmayıb.
NOCOMMENT.az bildirir ki, bu barədə Vaşinqton administrasiyası rəhbərinin mətbuat xidmətinin dərc etdiyi iş cədvəlində deyilir.
Amerika mətbuatının yazdığına görə, söhbət Vaşinqtonun xarici məhsullara tətbiq edəcəyi əlavə gömrük rüsumlarından gedə bilər. Avqustun 4-də Tramp Truth Social-da yazıb ki, Hindistana Rusiya neftinin idxalı və yenidən satışına görə rüsumları əhəmiyyətli dərəcədə artıracaq.