Tramp Avropanın Ukraynaya nə qədər pul xərcləməli olduğunu bildiribbackend

Tramp Avropanın Ukraynaya nə qədər pul xərcləməli olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynaya daha çox pul xərcləməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Newsmax telekanalına müsahibəsində bildirib.

Jurnalistin Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə Kiyevə yardım üçün ayrılan maliyyəni azaltmağı planlaşdırıb-planlaşdırmayacağı ilə bağlı sualına cavab olaraq siyasətçi Aİ-ni Ukraynaya ABŞ ilə eyni məbləğdə vəsait xərcləməyə çağırıb. O, izah edib ki, Avropa indi Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün təxminən 100 milyard dollar az xərcləyir.

“Bu, Amerika ilə bağlı ədalətli deyil. Amerikalı vergi ödəyicisi üçün ədalətli deyil”, – Tramp deyib.