Tramp Baydenə MƏKTUB YAZDIbackend

Tramp Baydenə MƏKTUB YAZDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə saat əvvəl ABŞ Prezidenti kimi səlahiyyətləri başa çatan Donald Tramp ənənəyə uyğun olaraq dövlət başçısı postunda onu əvəzləyəcək Cozef Baydenə məktub yazıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “CNN” telekompaniyası Ağ Evdəki mənbələrinə istinadən xəbər verib.

Ehtimala görə, 45-ci Prezident yazdığı kiçik məktubu Oval kabinetdəki iş masasının yuxarı yeşiyinə qoyub. Məktubun məzmunu hələlik məlum deyil. Trampın xanımı Melaniya isə öz növbəsində gələcək birinci xanım Cill Baydenə “qısa salamlama məktubu” yazıb.

Qeyd edək ki, Trampla xanımı Baydenin inauqurasiyasını gözləmədən səhər saatlarında Ağ Evi tərk edərək Floridaya yollanıb.
Modern.az