Tramp Baydeni debata çağırdı – Baydendən CAVABbackend

Tramp Baydeni debata çağırdı – Baydendən CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı Prezident Co Baydeni debata çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

O, ölkəsinin və xalqın rifahı üçün Co Baydenlə mühüm olan məsələləri müzakirə etməyi vacib adlandırıb. Co Bayden jurnalistlərin Trampın çağırışına şərh verməsi xahişinə maraqlı tərzdə cavab verib.

“Onun yerində olsaydım, mən də özümlə müzakirələr etmək istərdim. Onun edəcək başqa işi yoxdur”, – deyə Bayden bildirib.