Donald Tramp Amerika dövlətinin hazırkı rəhbəri Co Baydeni hakimiyyətin ötürülməsi prosesini çətinləşdirməkdə ittiham edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın seçilmiş lideri sosial media hesabında bildirib.
“Bayden hakimiyyətin keçidini mümkün qədər çətinləşdirmək üçün əlindən gələni edir”, – deyə o vurğulayıb.
Tramp buna misal olaraq hazırkı administrasiyanın ətraf mühit və neft hasilatı ilə bağlı qərarlarını göstərib.
Bundan əvvəl ABŞ Konqresi respublikaçı Donald Trampın ABŞ prezident seçkilərində qalib gəldiyini rəsmən təsdiqləyib.