Tramp Baydeni oğurluqda ittiham etdibackend

Tramp Baydeni oğurluqda ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sələfi Co Baydeni Amerika vergi ödəyicilərinin Ukraynaya göndərdiyi vəsaitləri mənimsəməkdə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb.

Tramp sosial şəbəkədəki səhifəsində Baydenin “Bidenomika” adlı iqtisadi kursunun məqamlarını vurğulayan bir şəkil yayımlayıb.

Respublikaçı bildirib ki, “Bidenomika” belə işləyir: “Amerikalılar vergi ödəyir, Bayden onları Ukraynaya göndərir; Ukraynalılar bu vəsaiti Hunter Baydenə köçürür, o, pulu atasına qaytarır, ardınca oğlu əfv edilir”.

2014-cü ilin aprelində Baydenin oğlu Ukraynanın “Burisma” qaz hasilatı qrupunun direktorlar şurasına qoşulub, bundan sonra o, dəfələrlə korrupsiyada ittiham olunub.