ABŞ prezidenti Co Bayden bəzən qatıldığı tədbirlərdə hansı istiqamətə gedəcəyini bilmir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Baydeni təqlid edərək bu vəziyyəti ələ salıb. Səhnədəki hərəkətləri, yıxılmaları və kobud səhvləri ilə zaman-zaman gündəmdə olan 80 yaşlı Bayden yenidən Trampın ağzına düşüb. Kaliforniyada Respublikaçı üzvlərinə müraciət edən Tramp özünü yönünü itirmiş kimi göstərməklə Baydeni ələ salıb.
NOCOMMENT.az xəbər verir ki, ABŞ gələn il keçiriləcək seçkilərə hazırlaşır. ABŞ prezidenti Co Bayden növbəti dəfə prezident seçkilərinə namizəd olsa da keçmiş prezident Donald Trampla seçki yarışı qızışmağa başlayıb.
Prezidentlik uğrunda mübarizə aparacaq Tramp seçki kampaniyası çərçivəsində Co Baydenin qocalığına əsaslanan siyasi kampaniya aparmağa başlayıb.