Tramp Baydeni Üçüncü Dünya Müharibəsinə yaxınlaşmaqda ittiham edibbackend

Tramp Baydeni Üçüncü Dünya Müharibəsinə yaxınlaşmaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden ölkəni III Dünya Müharibəsinə sürükləyir.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş lideri Donald Tramp televiziya debatında deyib.

“O, bizi III Dünya Müharibəsinə sürükləyəcək və biz buna hər kəsin təsəvvür edə biləcəyindən daha yaxınıq. Biz III Dünya Müharibəsinə çox, çox yaxınıq”, – Tramp bildirib.

O, Çin, Şimali Koreya və Rusiya liderlərinin ona hörmət etmədiklərini” və ya qorxmadıqlarını söyləyərək Baydeni tənqid edib.

Bayden və Tramp ilk seçki debatlarına Corciya ştatının Atlanta şəhərində əl sıxmadan başlayıblar. Onlar tamaşaçılara ABŞ-ın 46-cı və 45-ci prezidentləri kimi təqdim edilib.