Tramp Baydeni yenidən debata çağırıbbackend

Tramp Baydeni yenidən debata çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı Floridada tərəfdarları qarşısında çıxış edərkən Ağ Evin hazırkı rəhbəri Co Baydenin bu həftə başqa debat keçirməsini təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu gecə mən rəsmi olaraq Co Baydenə dünyanın qarşısında özünü xilas etmək şansı təklif edirəm. Gəlin bu həftə daha bir debat keçirək ki, yuxulu Co Bayden hamıya prezident ola biləcəyini sübut etsin”, – Tramp bildirib.

Eks-prezident vurğulayıb ki, yeni debatlar moderatorsuz keçirilməlidir.