Tramp Baydenin prezident yarışını niyə tərk etməyəcəyini açıqlayıbbackend

Tramp Baydenin prezident yarışını niyə tərk etməyəcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, hazırkı dövlət başçısı Co Bayden eqosuna görə Demokratlar Partiyasının bəzi üzvlərinin çağırışlarına baxmayaraq, seçki yarışını tərk etmək istəmir.

NOCOMMENT.az xəbər verir ki, o, bu fikri “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mənə elə gəlir ki, o, çox yaxşı qala bilərdi, eqosu var və ayrılmaq istəmir. O, bunu etmək istəmir”, – Amerikanın keçmiş lideri bildirib.

O qeyd edib ki, Bayden istefa verməyə məcbur olarsa və ya özü istefa verərsə, onun yerini vitse-prezident Kamala Harris tutacaq.