Tramp Baydenin prezidentlik yarışına qayıtması ilə bağlı zarafat edibbackend

Tramp Baydenin prezidentlik yarışına qayıtması ilə bağlı zarafat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vitse-prezident Kamala Harrisin reytinqi aşağı düşməyə başlayandan sonra demokratlar Co Baydeni yenidən dövlət başçısı vəzifəsinə irəli sürə bilərlər.

NOCOMMENT.az xəbər verir ki, bu “zarafat”ı ABŞ prezidentliyinə namizəd Donald Tramp “Truth” sosial şəbəkəsində edib.

“Növbəti kimin namizədliyini irəli sürəcəklər? Baydenin geri qayıtması necədir?” – Tramp yazıb.

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından seçkilərdə iştirak edir.