ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə bütün Donbasın Rusiyaya təhvil verilməsi üçün təzyiq göstərdiyini inkar edib.
NOCOMMENT.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Tramp prezident təyyarəsində jurnalistlərlə ünsiyyəti zamanı deyib.
“Biz hesab edirik ki, onlar sadəcə olduqları xəttlərdə dayanmalıdırlar. Qoy, o olduğu kimi bölünsün. O indi bölünüb. Düşünürəm ki, ərazinin 78%-i artıq Rusiya tərəfindən ələ keçirilib”, – deyə Amerika lideri agentliyin müxbirinin sualına cavab verib.
Tramp tərəflərin gələcək danışıqlarının mümkünlüyünə işarə edərək əlavə edib ki, “sonrada nəsə haqqında” razılığa gələ bilərlər.
“Reuters”in mənbələrinə görə, görüş Ukrayna tərəfində məyusluq doğurub. Zelenski Amerika liderini ölkəsini uzaqmənzilli “Tomahavk” qanadlı raketləri ilə təmin etməyə inandıracağını gözlədiyi halda, Tramp hələ bu məsələ ilə bağlı yekun qərar verməyib.
Mənbələrin sözlərinə görə, danışıqlar diplomatik müstəvidən uzaq olub. “Bu olduqca pis idi”, mənbələrdən biri deyib.
Mənbələrdən biri Ukraynanın Rusiya ilə razılığa gəlmədiyi təqdirdə Trampın ismarıcının “ölkəniz donacaq və məhv olunacaq” şəklində olduğu, digər mənbə isə “məhv ediləcək” sözünün işlədilmədiyini bildirib. Lakin onların hər ikisi Trampın bir neçə qeyri-normativ ifadə işlətdiyini təsdiqləyib.
Mənbələr Trampdakı bu dəyişikliyi Putinin zənginin təsiri ilə əlaqələndiriblər.
Xatirə SADİQ













