Tramp Cənubi Karolinada keçirilən praymerizin qalibi olub backend

Tramp Cənubi Karolinada keçirilən praymerizin qalibi olub 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada keçirilən praymerizdə rekord nəticə ilə qalib gəldiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Mənə məlumat verildi ki, Cənubi Karolina ştatının indiyə qədər aldığı səsdən iki dəfə çox səsimiz var”, -deyə Tramp bildirib.

Cənubi Karolina praymerizində Respublikaçıların namizədliyi uğrunda mübarizədə yeganə rəqib ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylidir. O, Trampın ABŞ prezident seçkilərində iştirakının demokratların qələbəsinə səbəb olacağını bildirib.