ABŞ prezidenti Donald Tramp Çinin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmaq qərarını “düşməncəsinə addım” adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Truth Social platformasında yazıb.
“Çində çox qəribə hadisələr baş verir! Onlar son dərəcə düşməncəsinə davranır və dünya ölkələrinə nadir torpaq elementləri ilə bağlı məhsulların ixracına nəzarət tətbiq etmək istədiklərini bildirən məktublar göndərirlər”, – deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, Çin demək olar ki, “hər şeyi” ixrac nəzarətinə daxil etmək istəyir, hətta həmin məhsullar Çində istehsal olunmasa belə.
Tramp həmçinin bildirib ki, iki həftə sonra Cənubi Koreyada keçiriləcək APEC sammitində Çin sədri Si Cinpinlə görüşməli idi, lakin indi bunun üçün heç bir səbəb qalmayıb.