ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib ki, o, Çinlə ticarət razılaşmasının əldə edilə biləcəyinə inanır.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.
“Bizim bir razılaşmamız olacaq. Məncə, Çinlə çox yaxşı anlaşmamız olacaq”, – deyə o vurğulayıb.
O, əlavə edib ki, ABŞ “Çinlə çox yaxşı anlaşma” edəcək.
Tramp həmçinin qeyd edib ki, o, Avropa İttifaqı ilə Çinin Amerika tərəfi ilə ticarət anlaşmazlıqları fonunda mümkün yaxınlaşmasından narahat deyil.