Vaşinqton Çindən idxal olunan mallara tətbiq olunan tarifləri yenidən təxirə sala bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş Naziri Kir Starmer ilə birgə keçirdiyi mətbuat konfransında Çekers iqamətgahında bildirib, – TASS xəbər verir.
“Biz Çinlə razılaşmanı uzada bilərik, amma bu, indiki şərtlərlə uzadılacaq. Şərtlər kifayət qədər yaxşıdır”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton və Pekin bütün ticarət sahələrini əhatə edən genişmiqyaslı razılaşmaya yaxınlaşırlar.