D.Trampdan ABŞ prezident seçkilərini təxirə salma təklifibackend

D.Trampdan ABŞ prezident seçkilərini təxirə salma təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp, uzaqdan səsvermə sisteminin mürəkkəbliyə səbəb olacağını ifadə edərək, ölkədə noyabrın 3-də baş tutacaq ABŞ prezident seçkilərinin təxirə salınmasını təklif edib.

NOCOMMENT.az xəbər verir ki, D.Tramp “Twitter”-də verdiyi açıqlamada, hər kəsin uzaqdan səs verməsini təmin edən “poçtla səsvermə” sisteminin ilkin seçkilərdə böyük çətinliklərə səbəb olacağını iddia edib.

“Demokratlar xarici ölkələrin seçkilərə təsirindən danışırlar. Ancaq bilmirlər ki, poçt vasitəsilə səsvermə metodu xarici ölkələrin seçkilərə asanlıqla müdaxilə etməsi üçün asan bir yoldur”

“2020 ən səhv və hiyləli seçim olacaq”

ABŞ prezidenti Tramp, “2020 hər kəs üçün poçtla səsvermə sistemi ilə ən səhv və saxta seçki olacaq. Bu, ABŞ üçün çox böyük bir utancverici hal olar. İnsanlar müntəzəm, etibarlı və təhlükəsiz şəkildə səs verməyincə seçkiləri təxirə salmaqmı?” fikirlərini bildirib.

3 noyabr tarixində keçirilməsi planlaşdırılan seçkilərin təxirə salınması üçün isə ABŞ konqresinin qərarı şərtdir.

Qeyd edək ki, ABŞ-da “Covid-19” yayılması səbəbindən çətin anlar yaşayan Trampın siyasətləri tez-tez tənqid olunur. Milli seçki sorğularına görə, Tramp rəqib Demokrat Partiyasından olan Jo Biden’dən təqribən 10 xal geridədir.