Tramp: Digər ölkələr ABŞ ilə ticarət rüsumları məsələsində rəqabət apara bilməyəcəklərbackend

Tramp: Digər ölkələr ABŞ ilə ticarət rüsumları məsələsində rəqabət apara bilməyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp əmindir ki, digər ölkələr, Amerikanın bazarının onlar üçün nə qədər önəmli olmasına baxmayaraq, ABŞ ilə ticarət rüsumları tətbiq etməkdə rəqabət apara bilməyəcəklər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Tramp Ağ evdə jurnalistlərlə söhbətində bildirib.

“Ona nail ola bilməyəcəklər. Yəni cəhd edə bilərlər. Amma onlarda alınmayacaq. Rəqəmləri heç vaxt bizimlə müqayisə edilə bilməz”, – Tramp söyləyib.

“Biz qızıl dolu kisəyik. Hər kəs bizi istəyir. Onlar cavab tədbirləri qəbul edə bilərlər, amma bu uğursuz bir qisas olacaq”, – Prezident vurğulayıb.

O, ABŞ-nin, ticarət müharibələri kəskinləşərsə, rüsum tətbiq edən ölkələrdən malları “artıq almamağa” hazır olacağını xəbərdar edib. “Və belə bir şey baş verərsə, biz qalib gələcəyik”, – Tramp əlavə edib.