ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü Temmi Bryusu BMT-dəki daimi nümayəndənin müavini vəzifəsinə namizəd irəli sürüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social”da yazıb.
“Mən böyük vətənpərvər, televiziyanın tanınmış siması və ən çox satılan əsərlərin müəllifi Temmi Bryusu səfir rütbəsi ilə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin növbəti müavini vəzifəsinə irəli sürdüyümü elan etməkdən məmnunam”, – Tramp yazıb.
Bryus yanvar ayından Dövlət Departamentinin mətbuat katibi vəzifəsində çalışır.