ABŞ Polşadakı hərbi mövcudluğunu artıra bilər.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda ABŞ lideri Donald Trampla Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı çərçivəsində söhbətindən sonra jurnalistlərə deyib.
“Donald Trampla Polşanın təhlükəsizliyi barədə danışdıq. ABŞ Prezidenti təsdiqləyib ki, söhbət Polşadan gedirsə, o, hərbi mövcudluğu artırmağı planlaşdırır”, – Duda vurğulayıb.