Tramp elan etdi: Martın 31-də bu ölkəyə səfər edəcək, amma…backend

Tramp elan etdi: Martın 31-də bu ölkəyə səfər edəcək, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Röyters”in Ağ Evə istinadla yaydığı məlumatda ABŞ Prezidenti Donald Trampın martın 31-də Çinə səfər edəcəyi bildirilib. Məlumata görə ki, Trampın Çin səfəri aprelin 2-nə qədər davam edəcək.

Onun Çin Sədri Si Szinpinlə görüşəcəyi və ticarət tarifləri barədə razılaşmanın müddətini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, daha öncə Trampın aprel ayında Çinə səfərinin gözlənildiyi xəbəri yayılmışdı.

Qabil Hüseynli
Qabil Hüseynli

Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan politoloq Qabil Hüseynli deyib ki, indiki məqamda bu səfərin baş tutub-tutmayacağı hələlik bəlli deyil:

“Əvvəllər də bu motivdə xəbərlər yayılmış, lakin sonda reallaşmamışdı. Ona görə də proseslərə ehtiyatlı yanaşmaq lazımdır. Martın sonuna qədər beynəlxalq siyasi və iqtisadi müstəvidə müxtəlif dəyişikliklər baş verə bilər ki, bu da səfərin taleyinə birbaşa təsir göstərər.

Digər tərəfdən, ABŞ-Çin münasibətləri kifayət qədər həssas mərhələdən keçir. Ticarət tarifləri, texnologiya rəqabəti və geosiyasi maraqlar tərəflər arasında əsas müzakirə mövzularıdır.

Əgər səfər baş tutarsa, bu, münasibətlərin yumşaldılması istiqamətində addım kimi qiymətləndirilə bilər. Baş tutmazsa, bu da tərəflər arasında fikir ayrılıqlarının hələ də ciddi olduğunu göstərəcək.

Ümumilikdə, belə səfərlər təkcə ikitərəfli münasibətlərə deyil, qlobal iqtisadi və siyasi balanslara da təsir edən hadisələrdir. Buna görə də yekun qərarın necə olacağı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir”.

Atilla Rzasoy