Dünən Şarm əş-Şeyxdəki Yaxın Şərq Sülh Sammitində Tramp İlham Əliyevdən “həmyerlisi”nin harada olduğunu soruşub. Tramp Əliyevi yaxşı tanıyır, amma Paşinyanı yox. Heç sifətini və soyadını belə xatırlamır. O həddə ki, Paşinyan Trampa özünü təqdim etməli, Ermənistanın baş naziri olduğunu xatırlatmalı oldu.
NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Trampın Paşinyanla bağlı yaxşı xatırladığı yeganə şey “bu oğlan Əliyevin həmyerlisidir” deməsi oldu. Özünüz nəticə çıxarın”, – nəşr bildirib.