Demokratlardan prezidentliyə namizəd Kamala Harris qlobal münaqişənin qarşısını ala bilmir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Truth sosial şəbəkəsində bildirib.
“Harris ən sadə suallara belə cavab verə bilmir. Bu dəlilikdir! Əgər o bunu edə bilmirsə, üçüncü dünya müharibəsini bitirməkdə bizi necə təmsil edə bilər? – ABŞ prezidentliyinə namizəd vurğuladı.
Trampın sözlərinə görə, Harris belə bir məsuliyyəti öz üzərinə götürmək iqtidarında deyil.