ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, qarşıdan gələn prezident seçkilərində rəqibi Kamala Harris onun ideyalarını kopyalayır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasətçi özünə məxsus olan “Truth Social” sosial şəbəkəsində qeyd edib.
“Kamala Harris sadəcə olaraq mənim vergi siyasətimi kopyalayır. Bu, Trampın ideyası idi, lakin onun heç bir fikri yoxdur, o, yalnız məndən oğurlaya bilər”, – siyasətçi yazıb.
O, əlavə edib ki, ondan fərqli olaraq, Harris vədinə əməl etməyəcək, çünki bunu yalnız siyasi səbəblərdən deyir.