Tramp Harrisi son dərəcə aşağı intellektə malik insan adlandırıbbackend

Tramp Harrisi son dərəcə aşağı intellektə malik insan adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçki yarışındakı rəqibi Kamala Harrisi “son dərəcə aşağı intellektə malik” şəxs adlandırıb. Bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb. 

NOCOMMENT.az bu barədə RİA Novosti- yə istinadən xəbər verir. 

Bu baxımdan Tramp ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ona səs verəcəyinə inanır.

“Düşünürəm ki, Obama mənə səs verəcək, çünki Kəmalənin son dərəcə aşağı intellektə malik insan olması onun xoşuna gəlmir”, – Tramp yazıb.

Eyni zamanda, 2024-cü ilin avqustunda Obama Demokratlar Partiyasının Milli Qurultayındakı çıxışı zamanı Tramp tərəfdarlarının kütləsinin böyüklüyü ilə bağlı zarafat etdi. O, Trampın “uşaq ləqəblərindən, çılğın sui-qəsd nəzəriyyələrindən və izdihamın böyüklüyünə qəribə bir vəsvəsədən” əziyyət çəkdiyini söylədi.